16 
Dek
2017
14:07
12
246
14854
Virtual karabakh

Bakıda xəstəxanada ölən şəxsin yaxınları axtarılır – FOTO

16 Dek, 2017
14:07
14854

Bakıda xəstəxanada ölən şəxsin yaxınları axtarılır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 9-da Yasamal rayonu ərazisində kəllə-beyin travması almış 55-60 yaşlarında bir kişi aşkarlanıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kimliyi məlum olmayan həmin şəxs xəstəxanada ölüb. Həmin kişinin boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qaradır. Əynində qara şalvar, qara gödəkcə və qara ayaqqabı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlar və barəsində məlumatı olanlar DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermə bilərlər. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri