17 
Dek
2017
01:10
113
1479
31452
Virtual karabakh

Erməni və azərbaycanlı qızlar birlikdə ermənicə mahnı oxudular - VİDEO

17 Dek, 2017
01:10
31452

Erməni və azərbaycanlı qızlar birlikdə ermənicə mahnı oxudular - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə azərbaycanlı və erməni qızın birlikdə "Mi gna" (Getmə) mahnısını ifa etməsinə dair video yayılıb. 

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, videoda mahnını Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birgə ifa edir.

Erməni qruplarından birinin isə "Instagram" səhfəsində qızların ifasını paylaşması müzakirəyə səbəb olub. Videoya edilən şərhlərdə erməni istifadəçiləri "Halaldı", "yeni nəsil nifrət və intiqam yükü olmadan böyüməlidir", "pis millət yoxdur, pis insanlar var", "İranda ermənilər və azərbaycanlılar çox yaxşı dostluq edirlər bu Rusiyada da mümkündür" - deyə qeyd ediblər.

Xudoyan xoş sözlər üçün izləyicilərə təşəkkür edib. Düzdür, videonun altında fərqli şərhlər də yer alıb. Belə ki, erməni istifadəçilərindən biri paylaşıma "Yalnız ermənilər dostluq haqqında danışırlar!  Bu haqda azərbaycanlılardan soruşun, bəlkə sizinlə dost olmaq istəmirlər? " - deyə şərh verib. 

 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri