18 
Dek
2017
12:24
21
402
13924
Virtual karabakh

Qiyas İbrahimov və atasına hökm oxundu

18 Dek, 2017
12:24
13924

Qiyas İbrahimov və atasına hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Yasamal Rayon Məhkəməsində hazırda həbsdə olan Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Q.İbrahimovun da 10 illik cəzası daha 3 ay artırılıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Q.İbrahimov və atası H.İbrahimovun hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ay Q.İbrahimov və atası H.İbrahimova qarşı əlavə ittiham irəli sürülüb. Hər iki şəxs Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (məhkəməyə hörmətsizlik etmə) ilə təqsirli bilinir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri