20 
Dek
2017
15:51
13
560
6550
Virtual karabakh

Azərbaycanda şok olay: 15 günlük uşaq küçəyə atıldı

20 Dek, 2017
15:51
6550

Azərbaycanda şok olay: 15 günlük uşaq küçəyə atıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 15 günlük körpə kimsəsiz qalıb.

Oxu.Az Femida.az-a istinadən xəbər verir ki, uşaq dekabrın 6-da Sumqayıtda dünyaya gəlib. Ancaq ana uşağı nikahdankənar dünyaya gətirdiyi üçün ondan imtina edib. Körpənin anası əvvəl evli olub, boşandıqdan sonra başqası ilə münasibət qurub. Məlumata görə, uşaq atıldıqdan sonra onu tapan şəxs bir müddət kafedə saxlayıb. Hazırda oğlan uşağı olan körpənin qanun çərçivəsində körpələr evinə verilməsi üçün iş aparılır.

Artıq məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə də münasibət bildirib. O qeyd edib ki, məlumatı paylaşan şəxsə bildirdim ki, uşağın şəklini açıq qoymaq olmaz: “Buna insan alveri demək olar. Bununla bağlı mütləq rayon icra hakimiyyətinə və polisə məlumat vermək lazımdır. Qanuna uyğun olaraq uşaq körpələr evinə təhvil verilməlidir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri