22 
Dek
2017
11:02
19
286
5202
Virtual karabakh

Göyçayda məktəb direktoru iş başında infarkt keçirdi

22 Dek, 2017
11:02
5202

Göyçayda məktəb direktoru iş başında infarkt keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda məktəb direktoru ürək tutmasından dünyasını dəyişib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, rayonun Çayarxı kənd tam orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Mübariz Şamilov iş otağında infarkt keçirib.

O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan direktor ikin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib.

Məktəb direktoru Mübariz Şamilovun maddi cəhətdən sıxıntısının olduğu, bu səbəbdən də bir müddətdir, özünü narahat hiss etdiyi bildirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri