26 
Dek
2017
19:17
28
372
19293
Virtual karabakh

Bakıda tıxacda qalan həkim: Ölən var, yol verin – VİDEO

26 Dek, 2017
19:17
19293

Bakıda tıxacda qalan həkim: Ölən var, yol verin – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu saatlarda Bakının Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində dəhşətli tıxac yaranıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə məlumatı jurnalist Mahir Məmmədli öz Facebook səhihəsində paylaşıb.

Jurnalist qeyd edir ki, bu tıxacda təcili tibbi yardım maşını heç cür yol tapıb gedə bilmir:

“Axırda həkim özü düşdü, başladı yolu açmağa. Amma bu vəziyyətdə sürücüləri də qınamaq olmur. Tıxacdan tərpənmək mümkün deyil. İstəsək belə həkimə, təcili tibbi yardım avtomobilinə yol verə bilmirik”.

M.Məmmədli onu da bildirir ki, həkim çox həyəcanlı halda sürücülərə müraciət edib:

“Həkim hamıdan xahiş edir, hətta qışqırır ki, ölən var, yol verin!”

A.M.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri