27 
Dek
2017
00:33
19
215
4464
Virtual karabakh

Gəncədə qadın, Göygöldə isə kişi bıçaqlandı

27 Dek, 2017
00:33
4464

Gəncədə qadın, Göygöldə isə kişi bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöldə qətl hadisəsi törədilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb. O dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub. Onun tanıdığı şəxs tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.

Gəncədə isə qadın bıçaq xəsarəti alıb. Şəhərin Məhsəti qəsəbə sakini 1989-cu il təvəllüdlü Vəliyeva Türkan Amil qızı qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə,  qadın mətbəxdə iş görən zaman yıxılıb və bıçaq onun qarnına batıb.

Hər iki faktla bağlı araşdırma aparılır. 

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri