29 
Dek
2017
19:30
26
351
23213
Virtual karabakh

Alpinistlərin axtarışı ilə bağlı - SON XƏBƏR

29 Dek, 2017
19:30
23213

Alpinistlərin axtarışı ilə bağlı - SON XƏBƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Oxu.Az xəbər verir ki, alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından verilən məlumata görə, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edirdi.

Sabah axtarış işləri davam etdiriləcək. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü - alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxıb və geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri