Yan
2018
23:53
53
235
13595
Virtual karabakh

Klub rəhbəri: 10 gündür ki, alpinistləri axtarırıq – VİDEO

4 Yan, 2018
23:53
13595

Klub rəhbəri: 10 gündür ki, alpinistləri axtarırıq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam edir.

Bu barədə Oxu.Az-a açıqlamasında “Gilavar” Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov deyib.

“Axtarış tədbirləri Qəbələ və Xınalıq istiqamətlərində aparılır. Qəbələ rayonunda axtarışlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də, FHN əməkdaşları və federasiya işçiləri tərəfindən həyata keçirilir”, - deyə o bildirib.

Z. Qasımov qeyd edib ki, axtarışlar artıq 10 günə yaxındır ki davam edir.

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Elvin Əhmədov, Ehtiram Jabi
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri