12 
Yan
2018
10:49
37
404
21946
Virtual karabakh

Bakı metrosunda özünü qatarın altına atan şəxs öldü – YENİLƏNİB - VİDEO

12 Yan, 2018
10:49
21946

Bakı metrosunda özünü qatarın altına atan şəxs öldü – YENİLƏNİB - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda özünü qatarın altına atan 1971-ci il təvəllüdlü məcburi köçkün Cəlilov Cəmil xəstəxanada dünyasını dəyişib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

09:51

Bu gün “Bakı Metropoliteni”nin “Qara Qarayev” stansiyasında intihara cəhd hadisəsi olub.

Oxu.Az xəbər verir ki, hadisə səhər saat 09:18 radələrində baş verib.

“Həzi Aslanov”- “Dərnəgül” xətti üzrə hərəkət edən qatar “Qara Qarayev” stansiyasına daxil olmaq istəyərkən 1971-ci il təvəllüdlü Cəlilov Cəmil özünü qatarın altına atmağa cəhd edib.

O, qatarla platforma arasında qalaraq ağır xəsarət alıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a açıqlamasında bildirib ki, metro əməkdaşlarının sayıqlığı nəticəsində intiharın qarşısı alınıb. Ciddi xəsarət alan orta yaşlı kişi xəstəxanaya aparılıb.

Qeyd edək ki, bir neçə gün öncə 22 yaşlı gənc özünü qatarın altına ataraq intihar etmişdi.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri