12 
Yan
2018
23:48
26
396
9775
Virtual karabakh

Məleykə Abbaszadə: Buraxılış imtahanı yeni model əsasında həyata keçiriləcək

12 Yan, 2018
23:48
9775

Məleykə Abbaszadə: Buraxılış imtahanı yeni model əsasında həyata keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının nəşr olunacaq xüsusi buraxılışının “Ön söz”ündə qeyd edib.

DİM sədri bildirib ki, qaydalara əsasən, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək: “Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar müəyyənləşdirilib, yazı ilə ifadə olunur) və qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarından, inşalardan (esselərdən), riyazi bacarıqları yoxlamaq məqsədilə açıq tipli, ikinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli  test tapşırıqlarından istifadə ediləcək”.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri