13 
Yan
2018
11:22
137
37
3496
Virtual karabakh

ABŞ-da Çingiz Sadıxovla vida mərasimi keçirilib – FOTO

Kaliforniyanın San Xose şəhərində yanvarın 12-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib.

Baş Konsulluqdan Oxu.Az-a verilən məlumatina görə, tədbirdə mərhumun ailə üzvləri və dostları, Kaliforniyada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Həmid Azəri mərhum Ç.Sadıxovun həyatı və yaradıcılığı haqqında danışaraq, onun Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verdiyini və vəfatının Azərbaycan musiqisi üçün ağır itki olduğunu vurğulayıb. H.Azəri Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, Ç.Sadıxovun nəşinin yaxın günlərdə Azərbaycana aparılaraq dəfn ediləcəyini vurğulayıb, Azərbaycan prezidentinin bu humanist addımının yüksək qiymətləndirildiyini bildirib.

Sonra çıxış edən mərhumun ailə üzvləri və digər icma nümayəndələri Çingiz Sadıxovun ömrünün son illərini ABŞ-da yaşamasına baxmayaraq, daim Vətəninə bağlı bir insan olduğunu, Azərbaycan musiqisinin ABŞ-da tanınması üçün əlindən gələni əsirgəmədiyini qeyd edib, mərhum haqqında xatirələrini paylaşıblar.

E.Ə.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri