13 
Yan
2018
13:26
422
66
18216
Virtual karabakh

Deputatdan metrodakı intiharlarla bağlı – TƏKLİF

Bu həftə “Bakı metropoliteni”ndə iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi: iki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyük bir ağrı qoyub getdilər.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat hesab edir ki, vaxtında onlara psixoloji dəstək olunsa idi, faciələrin qarşısını almaq olardı.

“Ancaq hadisə baş verib və gələcəkdə belə hadisələrin təkrarlanacağı istisna deyil. Xaricdə bu problemin həllini artıq tapıblar və metro stansiyalarında qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir. Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır. Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq...”, – deyə millət vəkili vurğulayıb.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri