13 
Yan
2018
20:07
31
178
9245
Virtual karabakh

RF səfirliyi Azərbaycanda saxlanılan rusiyalı alim barədə

13 Yan, 2018
20:07
9245

RF səfirliyi Azərbaycanda saxlanılan rusiyalı alim barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya səfirliyi Azərbaycanda saxlanılan vətəndaşı Dmitri Çulkov barədə yerli hakimiyyət tərəfindən məlumatlandırılıb, onun yaxın zamanlarda vətəninə qaytarılması üçün tədbirlər görülür.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”yə səfirliyin rəsmi nümayəndəsi Denis Apaşkin deyib.

“Hadisə barədə Çulkovun yaxın qohumlarına da məlumat verilib”, - D.Apaşkin əlavə edib.

Xatırladaq ki, Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun elmi işçisi Dmitri Çulkov yanvarın əvvəlində Azərbaycan turist kimi gəlib. Cəbhə xəttinə səfərdən sonra onunla əlaqə itib. 

D. Çulkovun anası qeyd edib ki, o, şənbə günü yaxınları ilə əlaqə yaradıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri