16 
Yan
2018
12:53
592
37
16488
Virtual karabakh

Rüşvətxor direktor işdən qovuldu

16 Yan, 2018
12:53
16488

Rüşvətxor direktor işdən qovuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonu Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən azad olunub.

Cəlilabad Rayon Təhsil Şöbəsindən Oxu.Az-a verilən məlumata əsasən, Cəlilabad RTŞ-nın 15 yanvar 2018-ci il tarixli, 05 nömrəli  əmri ilə Alar kənd 2 nömrəli tam orta məktəbinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Seyfullayev Lətif Məzahim oğlu vəzifəsindən azad edilib.

Xatırldaq ki, bir müddət öncə Lətif Seyfullayevin müəllimlərdən rüşvət istədiyinə dair səs yazısı yayılmışdı. Direktor məktəbin müəllimi Azad Dadaşovu 50 manat rüşvət vermədiyi üçün təhqir etmiş, pedaqoji şurasının iclasında müəllimləri A. Dadaşova qarşı ərizə yazmağa çağırmışdı.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri