17 
Yan
2018
11:59
16
121
5002
Virtual karabakh

Elçin Mirzəbəyli: Bir qrup adam peyda olub, “Sədaqət sertifikatı” paylayır

17 Yan, 2018
11:59
5002

Elçin Mirzəbəyli: Bir qrup adam peyda olub, “Sədaqət sertifikatı” paylayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaxtilə Azərbaycanda “Demkonqres” adlı geydirmə bir “attestasiya komissiyası” vardı, “müxalifət diplomlarını” pay-püş etməklə məşğul olurdu: indi də bir qrup adam peyda olub, “Sədaqət sertifikatı” paylayır.

Oxu.Az xəbər verir ki, bunu tanınmış şair, baş redaktor Elçin Mirzəbəyli deyib.

“Kəramət çox ciddi səhvə yol verib. Həm də ona görə ki, klassik və peşəkar, bəlkə də, köhnə təxribatçı Zərdüşt Əlizadənin sərsəmləmələrini təkrarlayıb”, – deyən yazarın sözlərinə görə, o,  yazıb və cavabını da alıb, özü də artıqlaması ilə:

“Kəramətin başından böyük səhvini də, ona cavab verənlərin mövqeyini də başa düşdüm. Amma Kəramətin başından böyük səhvinin arxasında guya kimlərinsə dayandığını iddia edənlərin hikkəsini və nəhayətsiz məntiqsizliyini başa düşə bilmədim. Azərbaycanda xüsusi siyasi-ideoloji bir qrup var və işi-gücü Kəramət üçün gic-gic statuslar hazırlamaqdan ibarətdir. Qanacağınız olsun. Adam olun, Adam... Ayıbdır, vallah. Şübhə toxumlarına qucaq açmaqdan yoruldu bu torpaq, bir azdan heç ot da cücərməyəcək üzərindən...”

O qeyd edib ki, vaxtilə Azərbaycanda “Demkonqres” adlı geydirmə bir “attestasiya komissiyası” vardı, “müxalifət diplomlarını” pay-püş etməklə məşğul olurdu:

“İndi də bir qrup adam peyda olub, “Sədaqət sertifikatı” paylayır. Ən sadəqətli bunlardır. Ən vətənpərvər bunlardır. Hər şeyin ƏNi bunlardır.

Hara gedirsən, qarşına biri çıxır. İstedadsız, sürtük, boşboğaz, faydalı iş əmsalı “0”-dan aşağı olan, istedadlı adam görəndə baxışları belə yüz yerdən çat verən böhtan dağarcıqları. Cəmiyyəti belələri daha çox zəhərləyir. Lənət olsun, Şeytana da həmçinin...”

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri