17 
Yan
2018
14:16
245
51
5570
Virtual karabakh

Metronun bütün stansiyalarında matəm musiqisi səsləndiriləcək

17 Yan, 2018
14:16
5570

Metronun bütün stansiyalarında matəm musiqisi səsləndiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qara Yanvar” faciəsi ilə bağlı “20 Yanvar” metrostansiyası qərənfillərlə bəzədiləcək.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.  

N. Paşayevin sözlərinə görə, artıq tədbirlər planı təsdiqlənib və 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə start verilib.

“Ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək. Həmin gün vaqonlarda musiqi səsləndirilməyəcək.

Bütün stansiyalarda matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da faciə qurbanları bir dəqiqəlik sükutla yad ediləcək. Qatarlar fit verəcək”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri