18 
Yan
2018
16:52
38
411
23618
Virtual karabakh

Təhsil Şöbəsi: Onlar müəllim adına ləkə gətirən adam deyillər – YENİLƏNİB

18 Yan, 2018
16:52
23618

Təhsil Şöbəsi: Onlar müəllim adına ləkə gətirən adam deyillər – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar müəllim adına ləkə gətirən adam deyillər.

Bunu Oxu.Az-a Bərdə Rayon Regional Təhsil Şöbəsindən Hacıalılı kəndində müəllimin qaçırılmasınsa münasibət bildirərkən məlumat verilib.

“Müəllimlər ailə qurmaq istəyiblər. Ali təhsilli adamlardır, onlar öz hüquqlarını qoruya bilərlər. Burada pis bir hadisə baş verməyib. Ola bilər, mübahisə olub, o da polisə çatıb. Onların polisə şikayət etməsi ilə bağlı məlumatımız yoxdur”.

13:48

Bərdə rayonunda müəllim zorla qaçırılıb.

Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, qız rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi, Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Hazırda rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri