18 
Yan
2018
18:15
275
78
3174
Virtual karabakh

Rəşad Məcid: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın

18 Yan, 2018
18:15
3174

Rəşad Məcid: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti cənab İlham Əliyev keçən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb, 2018-ci ili isə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bununla bağlı bütün dövlət müəssisələri, ictimai təşkilatlar silsilə tədbirlər həyata keçirir, Cümhuriyyətimizin 100 illiyinə öz töhfələrini verməyə çalışırlar. 

Oxu.Az xəbər verir ki, bu sözləri “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib.

Baş redaktor bildirib ki, “525-ci qəzet” uzun illərdən bəri həm Cümhuriyyət dövrü materiallarını dərc edib, həm də yeni araşdırma yazıları, tədqiqat işlərini işıqlandırıb: 

“Cümhuriyyət dövrü ilə bağlı görkəmli tədqiqatçı, professor Şirməmməd Hüseynov, professor Vilayət Quliyev və başqalarının silsilə yazıları ilk dəfə məhz “525-ci qəzet”də işıq üzü görüb”.

R.Məcid Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar paytaxt Bakının mərkəzində yerləşən “Sahil” bağının “Cümhuriyyət” bağı adlandırılmasını təklif edib: 

“Vaxtilə həmin bağda basdırılan 26 Bakı komissarının Azərbaycan xalqının yaddaşından silinməsi, “Sahil” bağının yeni məna kəsb etməsi üçün oranın “Cümhuriyyət” bağı adlandırılması daha məqbul olardı. Zənnimcə, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin nəşinin vətənə gətirilərək həmin bağda dəfn edilməsi, xatirə abidəsinin ucaldılması Cümhuriyyətin 100 illiyinə Azərbaycan dövləti və xalqının ən anlamlı, ən layiqli hədiyyəsi sayıla bilər".

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri