19 
Yan
2018
13:08
165
87
17224
Virtual karabakh

Müəllimi qaçıran direktorun qardaşı oğlu imiş – TƏFƏRRÜAT

19 Yan, 2018
13:08
17224

Müəllimi qaçıran direktorun qardaşı oğlu imiş – TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Bərdə rayonunun Hacıalılı kənd orta məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb. 

Qaçırılma hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxu.Az-a etibarlı mənbədən daxil olan məlumata görə, 23 yaşında olan müəllimin adı Gülçindir. O, məlumat verildiyi kimi, nişanlı olmayıb. Müəllimi qaçıran T.Zeynalov isə eyni məktəbdə tədrislə məşğul olan digər müəllimin oğlu və məktəb direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur.

T.Zeynalov müəllimi məktəbdən evə gedərkən qaçırıb. Qızın valideynləri isə oğlanın ailəsi ilə görüşərək bu işə razılıq veriblər.

Qeyd edək ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri