26 
Yan
2018
19:14
48
269
13886
Virtual karabakh

Rabitə işçilərinin kütləvi ixtisarı ilə bağlı - AÇIQLAMA

26 Yan, 2018
19:14
13886

Rabitə işçilərinin kütləvi ixtisarı ilə bağlı - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Oxu.Az-a verilən məlumata görə, bu barədə nazirliyin Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı bəzi KİV-də yayılan məlumatla bağlı daxil olan sorğulara cavab olaraq bildirilib.

Məlumatda deyilir ki, “Baktelekom” ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir:

“Hazırda “Baktelekom”da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının “Baktelekom”a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür”.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri