29 
Yan
2018
15:04
429
25
6495
Virtual karabakh

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

29 Yan, 2018
15:04
6495

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirdiyi reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan üç ov silahı və altı patron maddi sübut kimi götürülüb.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimələnib. 

Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri