13 
Fev
2018
13:12
208
37
3274
Virtual karabakh

Bələdiyyələrin qanunsuz torpaq satışının qarşısı alınıb

13 Fev, 2018
13:12
3274

Bələdiyyələrin qanunsuz torpaq satışının qarşısı alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin bu gün keçirilən plenar  iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsi keçirilib. 

Oxu.Az xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2017-ci il bələdiyyələrin fəaliyyətində uğurlu il olub: 

“Bələdiyyələrlə iş iki istiqamətdə aparılıb və uğurlu nəticələr əldə edilib. Xüsusilə bələdiyyə qulluqçularının Etik davranış Kodeksinin qəbulunun bələdiyyələrin fəaliyyətində mühüm rol oynadığını və bundan sonra da oynayacağını bildirib”.

O qeyd edib ki, bu günə kimi  65 minə yaxın bələdiyyə aktı daxil olub və onların qanunverciliyə uyğunluğu yoxlanılıb, bəziləri dəyişdirilməsi üçün geri qaytarılıb:

“1979 aktın ləğvi və ya dəyişdirilməsi qərara alınmışdı ki, nəticədə onlardan 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib. Qalanları ilə bağlı müzakirələr davam edir.

Bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntularının aşkar edilib. Artıq 24 faktla bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müvafiq sənədlər göndərilib. 15 fakt üzrə cinayət işi başlanılıb. Bütövlükdə 2636 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. 

Həmçinin Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2170 bələdiyyə aktı eskpertizadan keçirilib. Onlardan 1 akt qanunsuz olduğu üçün ləğv edilib”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri