13 
Fev
2018
20:10
32
490
13627
Virtual karabakh

Bakıda 45 yaşlı qadın qatarın altında qaldı – YENİLƏNİB

13 Fev, 2018
20:10
13627

Bakıda 45 yaşlı qadın qatarın altında qaldı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Metropoliteninin “İnşaatçılar”stansiyasında 40-45 yaşlarında olan qadın qatarın altında qalıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev-un Oxu.Az-a bildirib ki, “Həzi Aslanov”dan “Dərnəgül”ə gələn qatar “İnşaatçılar” stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb.

“Qatar qadının üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”.

Nəsimi Paşayev onu da qeyd edib ki, hadisə ilə bağlı qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb. Hazırda qatarlar normal iş rejimində hərəkət edir.

Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

19:14

Bir neçə dəqiqə əvvəl, metronun “İnşaatçılar” stansiyasında orta yaşlı bir qadının relslərin üzərinə düşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəkəkə istifadəçoləri məlumat yayıb.

Məlumata əsasən, qadının halı pisləşib və o müqaviməti itirərək qatar yoluna yıxılıb. Şahidlərin verdiyi məlumata əsasən, qadın yüngül xəsarət alıb. Qadının kimliyi barədə hələ məlumat yoxdu.

Xəbər yenilənir.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri