14 
Fev
2018
22:22
60
138
7190
Virtual karabakh

Arif Hacılı Tofiq Yaqublunun “Müsavat”dan çıxmasından danışdı – YENİLƏNİB

14 Fev, 2018
22:22
7190

Arif Hacılı Tofiq Yaqublunun “Müsavat”dan çıxmasından danışdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu partiya başqanının müavini vəzifəsindən azad etməsinə aydınlıq gətirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, A.Hacılı deyib ki, başqan müavini vəzifəsi konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutur.

O bildirib ki, Tofiq Yaqublu başqan müavini kimi bu funksiyaların həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib:

“Tofiq Yaqublu Müsavat Partiyası Divanının üzvüdür və bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək”.

Qeyd edək ki, T.Yaqublu Milli Şuranın da üzvüdür.

19:57

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri