16 
Fev
2018
17:01
295
63
4397
Virtual karabakh

İtalyanlar Yanardağı bərpa etməyi təklif edir

16 Fev, 2018
17:01
4397

İtalyanlar Yanardağı bərpa etməyi təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyalı memarlar Yanardağ kompleksinin restavrasiyası üzrə layihə hazırlayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari açıqlama verib.

İtaliya tərəfi layihəni təsdiqləsə də, son qərarı Azərbaycan hökuməti verəcək.

“Biz bu kompleksin vacib olduğunu bilirik. Bu, bizim əməkdaşlığın davam etdirilməsinə xidmət edəcək. Hesab edirəm ki, italiyalı sənətkarların işləri Azərbaycana daha çox turist cəlb etməyə kömək ola bilər”, – deyə A. Massari bildirib.

Xatırladaq ki, dekabrın sonlarında prezident İlham Əliyev dövlət tarix-mədəniyyət və təbiət qoruğu olan Yanardağa baş çəkib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri