18 
Fev
2018
23:30
389
33
5979
Virtual karabakh

Rusiyada üç yaşlı Zəhranın ölümü ilə bağlı məsələ ciddi nəzarətə götürüldü

18 Fev, 2018
23:30
5979

Rusiyada üç yaşlı Zəhranın ölümü ilə bağlı məsələ ciddi nəzarətə götürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Moskvada uşaq bağçasında 3 yaşlı Zəhra Rzayevanın ölüm faktı ilə bağlı qaldırılmış cinayət işlərinin istintaqını şəxsi nəzarətinə götürüb.

Oxu.Az xəbər verir ki, İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenkonun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı hazırda Rusiya CM-in 293-cü maddəsi (“Səhlənkarlıq”) və 109-cu maddəsinin 2-ci hissəsi (“şəxsin peşə öhdəliklərini lazımi şəkildə icra etməməsi nəticəsində ölümə səbəb olma) üzrə cinayət işi qaldırılıb.

Xatırladaq ki, fevralın 16-da səhər saatlarında üç yaşlı azərbaycanlı qız Zəhra bağçada gəzinti zamanı yıxılaraq, dünyasını dəyişib.

Əvvəlcə KİV-də uşağın uzun müddət şaxtalı havada nəzarətsiz qalması səbəbindən vəfat etdiyi, həmçinin Zəhranın bədənində xəsarət izlərinin aşkarlanması yazılsa da, ekspertiza bu məlumatı təsdiqləməyib.

Ekspertiza göstərib ki, Zəhra Rzayeva donma nəticəsində vəfat etməyib, həmçinin onun bədənində xəsarət izləri aşkarlanmayıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, gəzinti zamanı azyaşlının ürəyi dayanıb. Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib.

Svetlana Petrenko həmçinin bildirib ki, Aleksandr Bastrıkin istintaqın gedişi barədə onu operativ məlumatlandırmağı tapşırıb. Rusiya İstintaq Komitəsinin rəhbəri hesab edir ki, “uşağın uzun müddət böyüklərin nəzarəti olmadan küçədə qalması haqqında informasiyaları ciddi şəkildə yoxlamaq, baş vermiş faciənin bütün səbəblərini müəyyənləşdirmək və səhlənkarlıq, qeyri-peşəkarlıq nümayiş etdirmiş günahkar şəxsləri məsuliyyətə cəlb etmək lazımdır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri