20 
Fev
2018
00:00
166
71
14892
Virtual karabakh

Nazirlər Kabineti “Sovetski” ilə bağlı qərar verdi

20 Fev, 2018
00:00
14892

Nazirlər Kabineti “Sovetski” ilə bağlı qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinet “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Qeyd edək ki, həmin küçə və prospektlər  Yasamal rayonunun “Sovetski” adlanan ərazisinə daxildir və “Sovetski”dən köçürülmə ilə bağlı ikinci mərhələni əhatə edir.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri