20 
Fev
2018
12:51
188
27
1942
Virtual karabakh

Nazirlik: Xəstəyə düzgün diaqnoz qoyulmasa, dərmanların xeyri olmur

20 Fev, 2018
12:51
1942

Nazirlik: Xəstəyə düzgün diaqnoz qoyulmasa, dərmanların xeyri olmur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda xəstələrin müalicəsinin effektiv olmaması dərmanın keyfiyyətsiz olmasına görə deyil, xəstəyə düzgün diaqnoz qoyulmamasına görə ola bilər. 

Oxu.Az xəbər verir ki, bunu, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Çingiz Şükürov deyib. 

Onun sözlərinə görə, hər bir insan orqanizmi fərdidir, buna görə də hər orqanizmə individual yanaşmaq lazımdır. 

“Ola bilər ki, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən həmin dərman vasitələrinin müalicə üçün xeyri olmur. Çünki müalicə üçün düzgün dərman seçilməyib.

Amma diaqnoz düzgün qoyulduqda, həmin xəstəliyin müalicəsi üçün lazım olan təsiredici maddə düzgün seçilərsə, müalicə öz effektini verir. Yəqin ki, dərman xəstəyə individual olaraq təsir göstərməyə bilər. Bu da insan orqanizmindən asılıdır”.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri