20 
Fev
2018
23:52
22
101
4679
Virtual karabakh

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

20 Fev, 2018
23:52
4679

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”da dəyişikliklər edib.

Oxu.Az xəbər verir ki, qərara əsasən ali təhsilin magistratura səviyyəsi üzrə “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “ Əqli mülkiyyət hüququ”, “ Əmək hüququ: sosial təminat hüququ”, “İdman hüququ” və “Turizm hüququ” ixtisasları yaradılıb.

Eyni zamanda  “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində “Musiqi texnologiyaları”,  “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində “Davamlı inkişafın siyasi idarə edilməsi”, “Davamlı inkişafda insan potensialı”, “Davamlı inkişafın planlaşdırılması”, “Davamlı insan inkişafı” və “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi”, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”,“Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” ixtisasları yaradılıb.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri