21 
Fev
2018
12:58
92
28
3076
Virtual karabakh

Bakıda I siniflərə elektron qəbul başlayır

21 Fev, 2018
12:58
3076

Bakıda I siniflərə elektron qəbul başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-2019-cu dərs ilində Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistemlə həyata keçirilməsinə fevralın 22-dən (saat 10:00), Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-dən start verilir. 

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri İlhamə Abdullayeva bildirib.

O deyib ki, I sinifə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək:

“Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər”.

Sektor müdiri qeyd edib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə 15 sentyabr tarixinədək 6 yaşı tamam olan, Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinifə qəbulu üzrə müsahibədən uğurla keçmiş, 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir: 

“Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur.

Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunmur”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri