24 
Fev
2018
09:50
110
25
3604
Virtual karabakh

СЕО Lunch-da “Antaris” MMC-nin təqdimatı – FOTO

24 Fev, 2018
09:50
3604

СЕО Lunch-da “Antaris” MMC-nin təqdimatı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 fevral Caspian European Club-ın 11-ci CEO Lunch-da fəxri qonaq qismində Azərbaycan Respublikası İqtisadiyyat nazir müavini cənab Sahil Babayev, eləcə də klubun digər üzvləri və keyfiyyətli ofis ləvazimatları bazarının lideri “Antaris” firması da iştirak edib.

İlin əvvəlindən klubun üzvünə çevrilmiş “Antaris” MMC öz fəaliyyətini 2003-cü ildən başlamış, ofis ləvazimatları təchizatının korporativ bazar lideri olaraq öz prezentasiyasını təqdim edib və qonaqları şirkətlə daha yaxından tanış edib. 

Qonaqların qarşısında çıxış edən şirkətin direktoru Samir Axundov şirkətin tarixindən, xidmət sahələrindən, cari və gələcək illər üçün planlar haqda danışıb. Prezentasiyadan dərhal sonra şirkət müvafiq sertifikat və diplomla təltif olunub.

Caspian European Club sıralarında dünyanın 70 ölkəsinin 5 000-dən artıq şirkət və təşkilatını birləşdirən, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisində fəaliyyət göstərən ən nəhəng və dinamik inkişaf edən regional təşkilatdır.

Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. 

Xatırlatmaq ki, “Antaris” firması hal-hazırda nəhəng neft və tikinti proyektlərini, bankları, holdinqləri və dövlət müəssisələrini bütün lazımi ofis ləvazimatı ilə təchiz edir. 

Şirkətin xidmət sahələri: dəftərxana ləvazimatları, kağız, poliqrafiya, möhür, mebel, seyf və digər ofis interyeri əşyaları, kartric və tonerlər, promo-materiallar, çöl və daxili reklam istehsalı. Şirkət eləcə də bir çox dünya şöhrətli markaların distribyutorudur. 

Antaris MMC

Ünvan: AZ1029; Heydər Əliyev prospekti 103A, Bakı, Azərbaycan
Tel: (+99412) 440 13 43 
URL: www.antaris.az

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri