Mar
2018
10:32
469
22
4834
Virtual karabakh

Gözləri görməsə də, 28 ildir müəllimlik edir – VİDEO

4 Mar, 2018
10:32
4834

Gözləri görməsə də, 28 ildir müəllimlik edir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dərs başa salır, şagirdlərin suallarına cavab verir, qiymətləndirmə aparır. Gözləri görməsə də, bu, onun peşəsinə olan sevgisinə mane ola bilməyib.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, 54 yaşlı Zaqatala rayonunun Suvagil kənd sakini Beydulla İsgəndərov 28 ildir ki, kənd 1 saylı tam orta məktəbində tarix fənnini tədris edir.

Anadangəlmə gözlərinin görməməsi ona bir sıra çətinliklər yaratsa da, o, bu çətinlikləri aşmağı, şagirdlərinin və həmkarlarının sevimlisi olmağı bacarıb. Həyatı gözü ilə deyil, qəlbi ilə görən Beydulla müəllim daim öz üzərində çalışır. Hətta o, diaqnostik qiymətləndirmədə gözəl nəticə də göstərib.

İstər müəllim kollektivi, istərsə də şagirdləri onu çox sevir, lazım olanda ona həvəslə kömək edirlər. Şagirdləri isə onun dərslərinə daha həvəslə girirlər. 

Müəllim yoldaşları deyirlər ki, o, çox məsuliyyətlidir və bütün işlərinin öhdəsindən uğurla gəlir. Şagirdlərindən biri isə Respublika üzrə fənn olimpiadasında qızıl medala layiq görülüb.

Beydulla müəllimin həm də musiqi istedadı var. O, bu sahə üzrə təhsil almasa da, piano, sintezator və nağara kimi alətlərdə ifa edir, həm də gözəl səslə oxuyur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri