14 
Mar
2018
15:18
128
578
83307
Virtual karabakh

“Quska” Azərbaycanı təhqir edənlərə 72 min pul ayırıb – FAKTLAR

14 Mar, 2018
15:18
83307

“Quska” Azərbaycanı təhqir edənlərə 72 min pul ayırıb – FAKTLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparan bir qrup şəxs – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərini dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, Avropada fəaliyyət göstərən diaspor dairələrindən əldə olunan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yuxarıda adları çəkilən şəxsləri bir araya gətirirək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.

Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərindən Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda, dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib.

“Quska” başladılacaq kampaniyalar üçün həmin təxribatçıların lazımi qədər vəsaitlə təmin olunacağına söz verib.

Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı “düşmən” obrazı yaradılsın.

Daha sonra “Quska” Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı, Orduxan Teymurxanın dayanmasını istəyib.

Müzakirələrdən sonra adları çəkilən şəxslər Hüseyn Abdullayevin bu təkliflərini qəbul edərək, hərəkətə keçiblər.

Mənbənin məlumatına görə, artıq “Quska” ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb. O, vəsaitin davamlı olacağını söz verib. 

Qeyd edək ki, Azərbaycan cəmiyyətində kriminal “Quska” obrazı yaratmış Hüseyn Abdullayev vaxtilə Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyətinin üzvlərinə saxladığı “qoçu dəstələri” ilə hücum çəkməyi ilə yadda qalıb.

2007-ci ildə Milli Məclisin iclası zamanı deputat həmkarına nalayiq söyüşlər söyən və sonra da ona hücum edən Hüseyn Abdullayevin deputat mandatı əlindən alınıb.

Bundan sonra isə Hüseyn Abdullayev müalicə almaq adı ilə Azərbaycanı tərk edərək Almaniyaya qaçıb.

Həzi Seyidov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri