21 
Mar
2018
19:18
40
627
8921
Virtual karabakh

Sumqayıtda 5-ci sinif şagirdi tonqalda yanıb

21 Mar, 2018
19:18
8921

Sumqayıtda 5-ci sinif şagirdi tonqalda yanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda 5-ci sinif şagirdi Novruz bayramı şənliyi zamanı yandırılan tonqalda yanıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 30-cu məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Ayxan Qardaşxan oğlu Şərəfxanlı Novruz bayramı günü həyətdə qalanan tonqalın üstündən tullanmaq istəyərkən ayağı büdrəyib. Nəticədə o, tonqalın üstünə yıxılıb. 

Yeniyetmə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Bədəninin müxtəlif yerlərindən yanıq xəsarəti alan 11 yaşlı Ayxanın vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri