22 
Mar
2018
14:49
476
52
9952
Virtual karabakh

İstanbulda anti-Azərbaycan filmi qadağan edildi – VİDEO

22 Mar, 2018
14:49
9952

İstanbulda anti-Azərbaycan filmi qadağan edildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbul valisi Vasip Şahin İrandan olan erməni əsilli rejissor Anait Abadinin çəkdiyi anti-Azərbaycan filmi “Yeva”nın yayımlanmasını qadağan edib.  

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, film İstanbulda keçiriləcək “Filmmor” beynəlxalq kinofestivalı çərçivəsində Fransa Mədəniyyət Mərkəzində nümayiş etdirilməli idi.

Kinofestivalın nümayəndəsi Mələk Ozman jurnalsitlərə bildirib ki, film Azərbaycan Səfirliyinin diqqətini cəlb edib və kəskin qınanılıb.

Məsələ burasındadır ki, filmdə gənc erməni xanım ərinin vəfatından sonra iki uşağı ilə birlikdə gizlənmək məcburiyyətində qalır.

Sonda qadın “Arsax Respublikasında” məskunlaşmalı olur. Həmçinin filmdə Qarabağ separatçıları və tanınmamış rejimin təbliğatı aparılır.

“Əvvəlcə Azərbaycan Səfirliyi Fransa Mədəniyyət Mərkəzinə müraciət edərək filmin yayımını dayandırmağı tələb edir. Nəticədə Direktorlar Şurası filmə baxaraq qadağan ediləsi nəsə görmür”.  

M.Ozman bildirib ki, bundan sonra Azərbaycan Səfirliyi Türkiyə hökumətinə müraciət etməli olub:

“Bəyan etdik ki, hər iki ölkənin həssas məqamlarını nəzərə alaraq filmi qadağan edə bilmərik. Lakin Azərbaycan tərəfi Türkiyə XİN-ə müraciət edib və nəticədə filmin yayımı qadağan edilib”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri