22 
Mar
2018
16:48
43
214
7571
Virtual karabakh

Azərbaycan çempionu bıçaqlanıb

22 Mar, 2018
16:48
7571

Azərbaycan çempionu bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov “Mehdiabad dairəsi” kimi tanınan ərazidə tanışı ilə mübahisə edib.

Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman həmin şəxs S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

Qeyd edək ki, S.İsmayılov “Fateh” klubunun üzvüdür. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yeri tutub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri