16 
Apr
2018
14:35
56
98
4027
Virtual karabakh

Nazirlər Kabineti vitse-prezidentlik institutu ilə əvəzlənəcəkmi?

16 Apr, 2018
14:35
4027

Nazirlər Kabineti vitse-prezidentlik institutu ilə əvəzlənəcəkmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bugünkü dövlət idarəetmə sistemində hər hansı bir paralellik, təkrarçılıq yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə ölkə prezidenti tərəfindən hökumətin istefaya göndərilərək, Nazirlər Kabinetinin yerindən formalaşdırılacağı məsələsinə, eyni zamanda, 2016-cı ilin sentyabr referendumundan sonra baş nazirlik (və müavinləri - red.) institutunun - təsisatının vitse-prezidentlik institutuna transformasiya olunacağı yöndə səslənən iddiaların hələ də iddia olaraq qalmasına münasibətini bildirərkən deyib.

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ölkə əhalisinin sayının artması və  beynəlxalq aləmdə Azərbaycanın inteqrasiya olunduğu məsələlərin çoxluğu ilə bağlıdır.

O bildirib ki, birinci vitse-prezident statusuna görə prezidentlə birbaşa təmasda olan və onun tapşırıqlarına əsasən, bu və ya digər sahəni kurasiya edən bir təsisatdır - şəxsdir.

“Eyni zamanda, Konstitusiyamızda bu gün əvvəlki kimi Nazirlər Kabineti, baş nazir və müavinləri, hökumət üzvləri statusları var və prezidentin gözlənilən inauqurasiya mərasimindən sonra hökumət istefaya gedəcək, prezident hökuməti yenidən təşkil edəcək.

Yəni, burada hər hansı bir yenilikdən, Nazirlər Kabinetinin ləğvindən söhbət gedə bilməz”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri