20 
Apr
2018
10:14
9
128
1310
Virtual karabakh

Travmatoloq: Ən çox müraciətlər avtoqəzalarla bağlıdır

20 Apr, 2018
10:14
1310

Travmatoloq: Ən çox müraciətlər avtoqəzalarla bağlıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son altı ay ərzində 300-dən çox oynaq əməliyyatı həyata keçirilib. 

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Travmatologiya və Ortopediya İnstitunun direktoru İlqar Qasımov deyib. 

O bildirib ki, ötən ilin sentyabr ayından indiyə kimi institutda 300-dən çox süni oynaq və bud-çanaq əməliyyatı icra edilib:

“İnstituta daxil olan müraciətlər daha çox avtoqəzalarla bağlıdır. Avtoqəzalar çox ciddi problemlərə, əlilliyə gətirib çıxarır.

İl ərzində 50 mindən çox insan ambulator qaydada müraciət edir, 2000-ə qədər əməliyyat icra olunur. Ötən il 960 xəstə avtoqəza nəticəsində instituta gətirilib”.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri