20 
Apr
2018
14:30
184
22
2810
Virtual karabakh

Bayıldakı altı evə görə sakinlərə vəsait ödənilib

20 Apr, 2018
14:30
2810

Bayıldakı altı evə görə sakinlərə vəsait ödənilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Bayıl yamacındakı sürüşmə zonasında baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş altı fərdi yaşayış evində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.  

Qeyd olunub ki, 2018-ci ilin yanvar ayında atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, 10 fevral 2018-ci il tarixində isə bu ərazidə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində dörd fərdi yaşayış evi tam, iki fərdi yaşayış evi isə qismən dağılıb.

Sakinlərin təhlükəsizliyinin təminatı üçün Səbail Rayon İcra Hakimiyyətində Xüsusi Qərargah yaradılıb və onlar təhlükəli ərazidən köçürülüblər.

Vətəndaşların problemlərinin həlli ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ərazidən köçürülmüş 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqlarının ödənilməsinə vəsait ayrılıb.

Bildirilib ki, hazırda sürüşmə ərazisində mütəxəssislər tərəfində araşdırmaların aparılması davam edir və onların rəyinə əsasən, bu ərazidə yerləşən tikililərin gələcək taleyi müəyyən olunacaq.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri