14 
May
2018
13:34
70
918
44977
Virtual karabakh

İmtahanda pis nəticə göstərən gənclər intihar etdilər - YENİLƏNİB

14 May, 2018
13:34
44977

İmtahanda pis nəticə göstərən gənclər intihar etdilər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində bir gündə iki abituriyent imtahandan sonra intihar edib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, ikinci analoji hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.

Belə ki, adı Faiq olduğu deyilən, 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atıb. Onun meyiti “morq”a təhvil verilib.

08:50

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.

Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri