16 
May
2018
17:55
27
221
3277
Virtual karabakh

Yasamal susuz qalacaq

16 May, 2018
17:55
3277

Yasamal susuz qalacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakının Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Bu haqda Oxu.Az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar mayın 17-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda qeyd olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri