16 
May
2018
19:02
400
72
5530
Virtual karabakh

ABŞ-a köçməyə can atan azərbaycanlıların sayı artıb

16 May, 2018
19:02
5530

ABŞ-a köçməyə can atan azərbaycanlıların sayı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Greencard” lotereyasında iştirak edən azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb.

Oxu.Az xəbər verir ki, oyunun nəticələri mayın 15-də elan olunub.

Bu dəfə “qrin-kart” əldə etmək üçün 50 mindən çox azərbaycanlı lotereyada iştirak edib.

Hal-hazırda qaliblərin sayının müəyyən edilməsi üçün hesablamalar aparılır.

“Greencard.az” (“United States Permanent Resident Card”ın Azərbaycandakı rəsmi nümayəndəsi)  şirkətinin mütəxəssisi Röyal Cəfərovun sözlərinə görə, nəticələrin yoxlanılması müəyyən qədər vaxt çəkəcək.

Qeyd edək ki, hər il Azərbaycandan 300-500 nəfər “Greencard”ın qalibi olur.

“Bu il, bu göstəricinin 700-800 nəfərə qalxacağını gözləyirik. Həmişə olduğu kimi bu il də müraciət edənlərin böyük əksəriyyətini 18-24 yaşlarında olan subay gənclər təşkil edib”, - deyə Cəfərov bildirib.

Qeyd edək ki, “qrin-kart”ın qalibi vətəndaşlığını itirmədən ABŞ-da daimi yaşamaq, işləmək və təhsil almaq icazəsi alır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri