16 
May
2018
19:06
464
174
56350
Virtual karabakh

Qubada itkin düşmüş alpinistlərin meyitləri tapılıb - YENİLƏNİB

16 May, 2018
19:06
56350

Qubada itkin düşmüş alpinistlərin meyitləri tapılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada itkin düşmüş alpinistlərin üçünün də meyiti tapılıb.

Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.

19:00

Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri