17 
May
2018
16:41
266
54
6480
Virtual karabakh

Nazir: Əlillik təyinatları ilə bağlı vəziyyət qənaətbəxş deyil

17 May, 2018
16:41
6480

Nazir: Əlillik təyinatları ilə bağlı vəziyyət qənaətbəxş deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, bunu nazir Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində keçirilən müşavirədə deyib.

“Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir.

Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir,” – deyə S.Babayev bildirib.

Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S. Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. 

Artıq nazirlikdə bununla bağlı müvafiq İşçi Qrupu da yaradılıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri