17 
May
2018
16:55
81
26
1928
Virtual karabakh

Nazirlik xarici şirkəti məhkəməyə verib

17 May, 2018
16:55
1928

Nazirlik xarici şirkəti məhkəməyə verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakı şəhərində reyd keçirilib.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında fəaliyyət göstərən “Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim Şirkəti”nin boya sexində istifadə olunan kimyəvi maddələrin qoxusunun ətrafa yayıldığı müşahidə olunub.

Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və şirkət barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən, 10 000 manatdan 12500 manat məbləğinədək cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün şirkətə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri