18 
May
2018
09:15
257
38
19644
Virtual karabakh

Nəsimi Paşayev vəzifəsindən getdi

18 May, 2018
09:15
19644

Nəsimi Paşayev vəzifəsindən getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev vəzifəsindən istefa verib.

Oxu.Az xəbər verir ki, bu barədə N.Paşayev öz “Facebook” səhifəsində yazıb.

“2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm. Bu müddət ərzində əlimdən gələni etməyə çalışdım. Hesab edirəm ki, üzüm ağ, alnım açıq, başım dikdir.

Ola bilər, iş prosesində kiminsə istəmədən qəlbini qırmışam, hansınızınsa xətrinə dəymişəm. Bunun üçün həmin şəxslərdən üzr istəyirəm.

Amma “mənim metrom”a qarşı qərəzli münasibət göstərən hər kəsin qarşısında olacağıma əmin ola bilərsiniz. Metro mənim qanıma işləyib və komanda yoldaşlarımdan heç zaman köməyimi əsirgəməyəcəm. Gələcəkdə daha böyük layihələrdə, işlərdə görüşmək ümidi ilə!”, - deyə yazıda qeyd olunur.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri