18 
May
2018
10:27
155
16
2987
Virtual karabakh

Bu gün muzeylərə giriş pulsuzdur

18 May, 2018
10:27
2987

Bu gün muzeylərə giriş pulsuzdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərə “açıq qapı” günü elan edib. 

Qoruq İdarəsindən Oxu.Az-a bildiriblər ki, bu gün ərzində Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, Qala Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksinə ödənişsiz daxil olmaq mümkün olacaq. 

Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri