18 
May
2018
11:24
157
25
1546
Virtual karabakh

Nazirlik: Dörd ay ərzində 35 hektarda aqrobağlar salınıb

18 May, 2018
11:24
1546

Nazirlik: Dörd ay ərzində 35 hektarda aqrobağlar salınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin 4 ayı ərzində 35 hektarda 16500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb.

Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti və cəmiyyət tərəfindən salınan yaşıllıqlar mövzusunda keçirilən mətbuat konfransında “Azəryaşlandşaft” ASC-nin sədri Ramik Əşrəfov deyib.

Onun sözlərinə görə, 2018-2021-ci illər ərzində 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur. Hazırda tinglik sahələrində 2535 870 ədəd müxtəlif cinsli tinglər mövcuddur. 

Nazirlik rəsmisi bildirib ki, 2018-ci ilin payızında isə 921000 ədəd meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub.

R.Əşrəfov qeyd edib ki, 2008-ci ildən bu günədək respublikanın magistral avtomobil yollarının ətrafında 4443 hektar ərazidə 5439580 ədəd müxtəlif cinsli ağac əkilib.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri