18 
May
2018
17:16
78
188
3676
Virtual karabakh

“Exo” qəzeti bağlanır

18 May, 2018
17:16
3676

“Exo” qəzeti bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Exo” qəzetinin baş redaktoru və tanınmış jurnalist Rauf Talışinskinin ölümündən sonra onun rəhbərlik etdiyi qəzet bağlanacaq. 

Bu sözləri Oxu.Az-a açıqlamasında qəzetin baş redaktorunun müavini Ruslan Manafov deyib. 

Onun sözlərinə görə, qəzetin və saytın bağlanmasına səbəb maliyyə çatışmazlığıdır. 

“Kollektivimiz Rauf Talışinskinin ölümündən sonra başqa şəxsin baş redaktor olmasını qəbul etmir. Bundan başqa, onun ölümündən sonra ciddi maliyyə problemlərimiz yaranıb. 

Yekunda qəzetin bağlanması ilə bağlı qərar qəbul etdik”, - baş redaktorun müavini deyib. 

Qeyd edək ki, “Exo” qəzeti 2001-ci ilin yanvarında təsis edilib və tək Azərbaycanda deyil, onun sərhədlərindən kənarda xüsusi populyarlıq qazanıb. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri